Məmmədyarov: "Biz gərək bilək ki, insanları sülhə hazırlayaq, yoxsa başqa istiqamətdə çalışaq"
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 14:47 05 Mart 2019

Məmmədyarov: "Biz gərək bilək ki, insanları sülhə hazırlayaq, yoxsa başqa istiqamətdə çalışaq"

"Ermənistan tərəfindən səsləndirilən sonuncu bəyanatlar sülhə töhfə vermir".

ONA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Biz yanvarın 15-də keçirilən danışıqlarda qərarlaşdırdıq ki, xalqları sülhə hazırlayaq. Azərbaycan tərəfi bunun üçün hər yoldan istifadə edir, bu istiqamətdə iş görür. Erməni tərəfinin açıqlamaları isə buna cavab vermir. Biz gərək bilək ki, insanları sülhə hazırlayaq, yoxsa başqa istiqamətdə çalışaq", - deyə nazir vurğulayıb.

Məlahət Nəcəfova

Teqlər: Dağlıq Qarabağ Məmmədyarov

OXŞAR XƏBƏRLƏR