Mingəçevirdə 5 yaşlı uşağı avtomobil vurub
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 21:18 09 Avqust 2019

Mingəçevirdə 5 yaşlı uşağı avtomobil vurub

 

Mingəçevir şəhərində azyaşlı qızı maşın vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə ASAN Xidmət Kompleksinin qarşısında qeydə alınıb.

Valideyn nəzarətsizliyi səbəbindən yol kənarda olan 2014-cü il təvəllüdlü Əhmədli Əsma Elvin qızını minik maşını vurub. Xəsarət alan azyaşlı dərhal Dövlət Yol Polisinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Ehtiram Muradov

Teqlər:

OXŞAR XƏBƏRLƏR