• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    08:43 9 noyabr 2020

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR