• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    22:59 7 oktyabr 2020

MN: Ermənistana məxsus PUA məhv edilib

Oktyabrın 7-si saat 22.00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.

ONA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR