• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:22 29 sentyabr 2020

MN: Ermənistanın Hərbi Hava Qüvvələrimizin F-16 qırıcısını vurması barədə məlumatı yalandır, Azərbaycanın F-16-sı yoxdur

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".

ONA

Teqlər:

SON XƏBƏRLƏR