• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    20:32 11 yanvar 2021

MN Vətən müharibəsində 2841 nəfər şəhid olub - SİYAHI

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olanlarla bağlı yeni siyahı açıqlayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

ONA

Teqlər:

SON XƏBƏRLƏR