Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb - [color=red]YENİLƏNİB[/color]
  • DAĞLIQ QARABAĞ

  • 14:03 15 Aprel 2019

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb - YENİLƏNİB

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında üçtərəfli görüş başa çatıb.

ONA-nın Moskva müxbirinin məlumatına görə, görüş əvvəlcə 3 nazir arasında baş tutub. Daha sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam edib. 

****

12:32

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında üçtərəfli görüş başlayıb.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hər üç nazir görüşmək üçün Rusiya XİN-in "Qəbullar Evi"nə gəlib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Həmçinin martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr də aparılacaq.

Daha sonra nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.

OXŞAR XƏBƏRLƏR