Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir
  • DAĞLIQ QARABAĞ

  • 10:03 18 Oktyabr 2020

Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Bu barədə ONA-ya Müdafiə Nazirliyindən bildirilib.

Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR