• HADİSƏ

    06:14 19 mart 2019

“Mustanq” Milli Bankın qarşısında qəza törədib - VİDEO

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın verdiyi məlumata görə, Rəşid Behdudov küçəsində işıqforun qırmızı işığında hərəkəti davam etdirən “Ford Mustang” markalı avtomobil Milli Bankın qarşısında əks istiqamətdə hərəkət edən “Hyundai” markalı avtomobilə çırpılıb.

Zərbədən “Mustang” çevrilib, “Hyundai” isə dəmir məhəccərə çırpılaraq dayanıb.

Qəza zamanı “Hyundai” maşınının sərnişini, 1985-ci il təvəllüdlü Məmmədov Namiq Vaqif oğlu müxtəlif xəsarətlər alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, qəzanı törədən “Ford Mustanq”ın sürücüsü qadın olub.

Hadisə yerinə polis əməkdaşları gəlib. Faktla əlaqədar araşdırma aparılır.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR