Nikol Paşinyan Azərbaycan Prezidenti ilə görüşmək üçün Vyanaya  səfər edib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 01:20 29 Mart 2019

Nikol Paşinyan Azərbaycan Prezidenti ilə görüşmək üçün Vyanaya səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyan Avstriyanın paytaxtı Vyanaya səfər edib.

ONA-nın xəbərinə görə, sabah Azərbaycan Prezidenti İlham Əliyevin onunla ilk rəsmi görüşü olacaq.

Qeyd edək ki, artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Vyanada səfərdədirlər. Bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə nazirlərin görüşü olub.

Aytən Yusifova

Teqlər: Qarabağ Vyana Əliyev Paşinyan

OXŞAR XƏBƏRLƏR