• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:50 5 avqust 2019

Nikol Paşinyan işğal altında olan Azərbaycan ərazilərinə səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

“Armen Press”-in məlumata görə, Ermənistan Baş naziri bu gün panerməni oyunlarının Xankəndində baş tutacaq açılış mərasimində iştirak edəcək.

N. Paşinyanın mərasimdə çıxışı nəzərdə tutulub.

Ermənistanın Baş naziri işğal altındakı Azərbaycan ərazilərinə səfər zamanı burada xidmət edən oğlu ilə də görüşüb. Paşinyan həyat yoldaşı və oğlu ilə çəkdirdiyi fotonu "Facebook" səhifəsində paylaşıb.

Qeyd edək ki, panerməni oyunlarının açılış mərasiminin Xankəndində keçirilməsi Azərbaycanın kəskin etirazına səbəb olub. XİN bu addımı pisləyən açıqlama yayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR