Oqtay Əsədov: “Deputatlar müharibə çağırışları ilə çıxış edərkən ehtiyatlı olmalıdırlar”
  • DAĞLIQ QARABAĞ

  • 13:08 23 Aprel 2019

Oqtay Əsədov: “Deputatlar müharibə çağırışları ilə çıxış edərkən ehtiyatlı olmalıdırlar”

“Yalnız müharibəyə çağırmaqla bağlı emosional çağırışlarla nə qazanacağıq? Münaqişə sülh yolu ilə həll oluna biləcəksə, niyə buna qarşı çıxmalıyıq?”

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədov söyləyib.

O.Əsədov deyib ki, hansısa erməni nazirin Azərbaycanın yeni torpaqlarını alacaqları barədə çıxışına fikir verməmək lazımdır: “Məqsədləri Avropa İttifaqı ilə imzalayacağımız sazişə xətər yetirməkdir. Prezident İlham Əliyev hər zaman deyib ki, ərazi bütövlüyümüz müzakirə predmeti deyil. Dağlıq Qarabağda yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Dağlıq Qarabağ geri qaytarıldıqdan sonra nə etməliyik? Ona görə də millət vəkilləri müharibə barədə çağırışlarla əlaqədar çıxışlar edərkən ehtiyatlı olmalıdırlar”.

Qeyd edək ki, Milli Məclisdə deputat Fərəc Quliyev Bakıda müharibəyə çağırışa dair plakatların olmamasına diqqət çəkib: “Bakıya gələcək erməni jurnalistlər nə fikirləşəcək?”

OXŞAR XƏBƏRLƏR