Parlament seçkiləri ilə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
  • SİYASƏT

  • 19:45 19 Yanvar 2020

Parlament seçkiləri ilə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

ONA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 22 min 746  müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

MSK sədri bildirib ki, hazırda bu proses davam edir.

OXŞAR XƏBƏRLƏR