Peter Siyarto: "Regional münaqişələr sülh yolu ilə həllini tapmalıdır"
  • DAĞLIQ QARABAĞ

  • 10:52 29 Mart 2019

Peter Siyarto: "Regional münaqişələr sülh yolu ilə həllini tapmalıdır"

"Regional təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Hesab edirik ki, regional münaqişələr sülh yolu ilə həllini tapmalıdır".

ONA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan enerji mənbələrinin diversifikasiyasında böyük rol oynayır. O, əlavə edib ki, Macarıstan Azərbaycanı Şərq Tərəfdaşlığı çərçivəsində əhəmiyyətlə tərəfdaş hesab edir: “Bu gün azərbaycanlı həmkarlarımızla Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən qazın həcminin artırılmasını müzakirə edəcəyik”.

Rəna Ağayeva

Teqlər: Macarıstan münaqişə Peter Siyarto

OXŞAR XƏBƏRLƏR