Prezident: "Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri 25 ildən çoxdur Ermənistanın işğalı altındadır"
  • DAĞLIQ QARABAĞ

  • 17:32 26 Aprel 2019

Prezident: "Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri 25 ildən çoxdur Ermənistanın işğalı altındadır"

“Təəssüflər olsun ki, uzun illər, 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır”.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışında deyib.

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən çıxması ilə bağlı qətnamələrini xatırladıb: “Sülh və təhlükəsizlik haqqında danışarkən, Ermənistan və Azərbaycan arasında olan münaqişəni qeyd etmək istəyirəm.

İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. İnsanlarımız etnik təmizləməyə məruz qalıbr və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir. Ermənistan və Azərbaycan arasında olan münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

OXŞAR XƏBƏRLƏR