Prezident İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 10:15 13 Aprel 2021

Prezident İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi”

“Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, ermənilərin bizim şəhər və kəndlərimizə nələr etdiklərindən az-çox xəbərimiz vardı: “Zaman-zaman videolarda görürdük, həmin ərazilərə gedən beynəlxalq nümayəndələrin verdiyi məlumatları eşidirdik. Lakin azad etdiyimiz ərazilərdəki dağıntıların bizim gözlədiyimizdən də artıq olduğunu gördük”. 

 

OXŞAR XƏBƏRLƏR