• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:09 2 may 2019

Prezident İlham Əliyev: “Münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir”

“Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf edir”.

ONA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev mayın 2-də Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğulayıb.

Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlət başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR