Prezident İlham Əliyev və Vladimir Putin Vyana görüşünü müzakirə ediblər
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 17:43 02 Aprel 2019

Prezident İlham Əliyev və Vladimir Putin Vyana görüşünü müzakirə ediblər

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub.

ONA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanla martın 29-da Vyanada baş tutan görüş barədə fikirlərini bölüşüb.

V. Putin Bakı ilə Yerevan arasında danışıqlar prosesinin aktivləşməsinin vacibliyini qeyd edib. O, Rusiyanın xüsusilə ATƏT-in Minsk qrupu formatı çərçivəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yollarının axtarıb tapılmasına bundan sonra da yardım etməyə hazır olduğunu söyləyib.

Dövlət başçıları gündəmdə duran ikitərəfli məsələlərin müzakirəsi zamanı müxtəlif sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilməsindən məmnun olduqlarını bildiriblər.

Məlahət Nəcəfova

Teqlər: telefon Putin Vyana

OXŞAR XƏBƏRLƏR