• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:02 23 noyabr 2020

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdama səfər edib - VİDEO

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdama səfər edib.

ONA xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib.

Birinci xanım Mehriban Əliyevanın paylaşdığı videoda Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlara keçdiklərini, istiqamətin Ağdam şəhəri olduğunu bildirib.

“Ağdam şəhərini və işğal altında olmuş rayonunun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək, məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Prezident İlham Əliyev Ağdama gedən yolda düşmənin müdafiə xətlərini göstərərək deyib ki, Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR