“Qondarma rejim Qarabağ münaqişəsində tərəf kimi qəbul edilə bilməz”- [color=red]I vitse-spiker[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 16:10 24 May 2019

“Qondarma rejim Qarabağ münaqişəsində tərəf kimi qəbul edilə bilməz”- I vitse-spiker

“ATƏT-in Minsk qrupu yaradılanda iki tərəf – Azərbaycan və Ermənistan qəbul edilib”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə Mili Məclisin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. 

Z. Əsgərov deyib ki, Ermənistan hər zaman Dağlıq Qarabağdakı qondarma rejimi burada tərəf kimi təqdim etməyə çalışıb: “Bununla Dağlıq Qarabağ münaqihəsini 100 illərlə uzatmaq istəyiblər. Qondarma rejim Dağlıq Qarabağ münaqişəsində tərəf kimi qəbul edilə bilməz. Dağlıq Qarabağın Azərbaycan və erməni icması var”.

Milli Məclisin sədr müavini nəzərə çatdırıb ki, Azərbaycan BMT-yə Dağlıq Qarabağ tərkibində olmaqla daxil olub, beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü qəbul edilib.

OXŞAR XƏBƏRLƏR