• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:35 28 fevral 2020

Qulam İshaqzai: “Azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə qayıtmasını istəyirik”

“Biz azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə, yuvalarına qayıtmasını istəyirik”.

APA-nın məlumatına görə, bunu bu gün BMT-nin Bakıdakı nümayəndəliyinin ADA Universiteti ilə birlikdə BMT-75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

Q. İshaqzai deyib ki, özü də münaqişəli ölkədə böyüyüb, qaçqın, köçkün olub: “BMT-nin mavi bayrağı bu gün də ümid ifadə edir. BMT münaqişədən əziyyət çəkən insanların qida və digər problemlərini həll etməyə çalışır. İstəyirik ki, ölkələr birləşərək problemlərini həll etsin”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR