• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    05:30 22 dekabr 2019

Qvatemalada yol qəzasında ölənlərin sayı 22 nəfərə çatıb

Qvatemalada yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Qvatemala Prokurorluğunun rəsmi “twitter” səhifəsində bildirilib.

Hər iki nəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.

Qvatemala Prezidenti Cimmi Morales qəza ilə əlaqədar ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, hadisə şənbə günü yerli vaxtla 03:20-də baş verib. İlkin məlumata görə, yük maşınının sürücüsü idarəetməni itirərək 55-dən çox sərnişinin olduğu avtobusa çırpılıb.

****

21 dekabr, saat 19:48

Qvatemalada avtobus qəzası baş verib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin şərqində, Atlantik okeanı sahilində qeydə alınıb. Avtobusla yük maşınının toqquşması nəticəsində 17 nəfər ölüb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR