Rusiya Pravoslav kilsəsi: Patriarx Kirill Dağlıq Qarabağda sülh arzulayıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 23:32 27 Sentyabr 2020

Rusiya Pravoslav kilsəsi: Patriarx Kirill Dağlıq Qarabağda sülh arzulayıb

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həlli üçün dua edib.

APA xəbər verir ki, bu barədə Rusiya Pravoslav kilsəsinin rəsmi spikeri Vladimir Leqoyda özünün “Telegram” səhifəsində yazıb.

“Dini rəhbər sülhün bərqərar olması üçün hər cür səy göstərməli olan iki ölkənin mənəvi liderlərinin rolunun vacib olduğunu düşünür”, - deyə Leqoyda bildirib.

Onun sözlərinə görə, Rusiya Pravoslav kilsəsi daima Azərbaycan və Ermənistanın dini cəmiyyətləri arasında dialoqun aparılmasını dəstəkləyib və bundan sonra bu missiyanı davam etdirməyə hazırdır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR