Rusiya sakini qonşularının üstünə qumbara atıb, yaralılar var
  • DAĞLIQ QARABAĞ

  • 00:56 11 May 2020

Rusiya sakini qonşularının üstünə qumbara atıb, yaralılar var

Rusiyanın Stavropol diyarının sakini qonşuluqda yüksək səslə doğum günü qeyd edənlərin üstünə qumbara atıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Prietokski qəsəbəsində fərdi yaşayış evində baş verib.

Bildirilir ki, həyətdə ümumilikdə 18 nəfər olub. Partlayış nəticəsində 11 nəfər xəsarət alıb. Xəsarət alanların arasında üçü ağır vəziyyətdə, beşi orta-ağır vəziyyətdədir. Daha üç nəfər də partlayışdan yüngül kontuziya alıb.

Məlumata görə, insidenti törədən kişi saxlanılıb.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR