Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər - [color=red]YENİLƏNİB[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 21:20 14 Oktyabr 2020

Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər - YENİLƏNİB

Türkiyə və Rusiya prezidentləri arasındakı telefon danışığına dair Türkiyə Cümhurbaşkanlığı da açıqlama yayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, telefon danışığında Türkiyə-Rusiya münasibətləri, həmçinin Azərbaycan-Ermənistan məsələsi, Suriya və Liviyadakı vəziyyət müzakirə olunub.

Türkiyə prezidenti Ərdoğan Azərbaycan torpaqlarına hücum edərək, yeni gərginlik yaratmış Ermənistanın 30 illik işğalı davam etdirməyə çalışdığını qeyd edib. Ərdoğan Türkiyənin həm Minsk qrupu üzvü, həm də ikili münasibətlər çərçivəsində bu məsələnin həllinin tərəfdarı olduğunu ifadə edib. 

***

21:00

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı  müzakirə olunub.

Hər iki tərəfdən humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb. 

Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə keçilməsi üçün həmrəylik səylərinə təcili ehtiyac olduğu vurğulanıb. 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR