Bəyanat: Nazirlər münaqişənin diplomatik yolla həlli üçün səyləri davam etdirmək niyyətlərini bəyan ediblər
  • DAĞLIQ QARABAĞ

  • 16:46 15 Aprel 2019

Bəyanat: Nazirlər münaqişənin diplomatik yolla həlli üçün səyləri davam etdirmək niyyətlərini bəyan ediblər


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla həli üçün səyləri davam etdirmək niyyətlərini bəyan ediblər.

ONA-nın məlumatına görə, bu barədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva görüşünün yekununa dair birgə bəyanatında deyilir.

Nazirlər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı sərhəddə vəziyyətin gələcəkdə stabilləşməsində maraqlı olduqlarını ifadə ediblər. Tərəflər həmçinin hər iki ölkədə saxlanılan girovlarla yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, o cümlədən media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər.

Rusiya xarici işlər naziri və ATƏT-in Minsk qrupunun  həmsədrləri regionda dayanıqlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasına sadiqliklərini bəyan ediblər. Görüş iştirakçıları əlaqələrin yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

Məlahət Nəcəfova

Teqlər: Rusiya XİN Moskva Qarabağ bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR