Rusiya XİN danışıqlar formatının dəyişdirilməsinə dair açıqlamaları şərh edib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 15:09 15 Mart 2019

Rusiya XİN danışıqlar formatının dəyişdirilməsinə dair açıqlamaları şərh edib

"Əgər tərəflər Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı barədə razılığa gəlsə, Rusiya həmsədr ölkə kimi bu qərara hörmət edəcək".

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlar formatının tərəflərin razılığı əsasında dəyişdirilməsi barədə dəfələrlə açıqlama verib: “Əgər münaqişə tərəfləri hansısa mərhələdə Dağlıq Qarabağın danışıqlar prosesində yenidən təmsil olunması barədə razılığa gəlsə, bu onların qərarı olacaq və biz buna hörmət edəcəyik. Bu, təkcə bizim mövqeyimiz deyil, həm də digər həmsədr ölkələrin mövqeyidir".

Məlahət Nəcəfova

Teqlər: Rusiya format Qarabağ

OXŞAR XƏBƏRLƏR