Rusiyalı ekspert: "“İsgəndər M”-in hissələrinin Şuşada tapılması faktı vəhşi cinayətdir"
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 15:13 05 Aprel 2021

Rusiyalı ekspert: "“İsgəndər M”-in hissələrinin Şuşada tapılması faktı vəhşi cinayətdir"

“Ermənilər “İsgəndər” raketləri ilə Abşeron yarımadasını hədəf alıblar. Onların Şuşanı “İsgəndər”lərlə vurmasını anlaya bilmirəm”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı tanınmış jurnalist, siyasi ekspert Maksim Şevçenko bildirib.

Onun sözlərinə görə, mümkündür ki, Şuşada tapılan hədəfə çatmamış “İsgəndər-M” raketlərinin komponentləridir: “Onlar bu raketi məncə, Şuşadan atmaq istəyiblər. Onların məqsədi “İsgəndər” raketləri ilə Azərbaycanın kommunikasiyalarını və dinc şəhərlərini vurmaq olub. Necə ki müharibə vaxtı “Toçka U” və “Skud” raketləri ilə Gəncəni, Bərdəni vurmuşdular. Lakin Şuşa ərazisində bu silahın hissələrinin tapılması faktı operativ-taktiki silahlarının yayılmaması haqqında prinsipin pozulmasıdır. “İsgəndər” operativ taktiki raket silahıdır. Rusiya “İsgəndər” Operativ Taktiki Raket Kompleksini Ermənistana satıb. Lakin bu silahın Azərbaycanın işğal altında olan ərazisində - Şuşada tapılması faktı vəhşi cinayətdir. Qarabağdakı qanunsuz silahlı birləşmələrə bu silahın verilməsi böyük cinayətdir. Bunu kim edib? Operativ taktiki silahın erməni separatçılarına verilməsinə kim sanksiya verib? İndi sual yaranır? Yaxın Şərqdə daha hansı qruplaşmalar “İsgəndər” silahını əldə edə bilib? Bəlkə kürdlərin PKK təşkilatı və ya hansı islamçı-terrorçu təşkilatlar? Bu, çox təhlükəli bir presedentdir. Hansı ki, Azərbaycan, Rusiya və Türkiyənin iştirakı ilə beynəlxalq komissiya tərəfindən araşdırılmalıdır. Hesab edirəm ki, Şuşada bu raket kompleksinin komponentlərinin tapılması çox təhlükəli və həyəcanlandırıcı simptomdur”.

M. Şevçenko Şuşada tapılan raket hissələrinin Ermənistana satılan “İsgəndər E” deyil, yalnız Rusiyanın hərbi arsenalı üçün nəzərdə tutulan “İsgəndər M” OTRK-ya aid olması faktını belə şərh edib: “Şuşadan tapılan raketin “İsgəndər E” və ya “M” indeksli olmasının fərqi yoxdur. Bu cür silahlar ancaq və ancaq dövlətlərə satılır. Əgər ortaya çıxsa ki, Rusiya operativ-taktiki silahı yarımdövlət və tanınmamış siyasi subyektə satıb, bu, ümumiyyətlə, dünya siyasətini kökündən dəyişəcək bir hadisə olacaq. Onda belə çıxır ki, amerikalılar operativ-taktiki silahlarını Yaxın Şərqdəki, misal üçün, Suriyada Rusiyanın terrorçu hesab etdiyi qruplaşmalara verə bilər. Bu “pandorra qutusu”nu açır. Hesab edirəm ki, bu, çox dəhşətli hadisədir”. 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR