• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:06 29 may 2019

Rusiyalı politoloq: "Azərbaycan ordusu Dağlıq Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazırdır”

“Kazan prinsiplərinə əsasən, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonu qaytarmalı idi”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Azərbaycan Avropa məkanında” konfransında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

S. Markov deyib ki, bunun müqabilində Azərbaycan blokadanı aradan qaldıracaqdı: “Dağlıq Qarabağa müvəqqəti statusu verilməli, oradan hərbçilər çıxarılmalı, ATƏT-in sülhməramlı qüvvələri təmas xəttində dayanmalı idi. Hazırda Kazan prinsipləri ətrafında danışıqlar gedir”.

S. Markov nəzərə çatdırıb ki, Ermənistan 1992-ci ildə hərbi cəhətdən Azərbaycandan güclü idi: “Amma ötən müddətdə Azərbaycan sürətlə inkişaf edib. Azərbaycanın iqtisadiyyatı və ordusu daha güclüdür, əhalisi 10 milyon nəfərə çatıb. Hazırda Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən daha artıqdır. Bu, Azərbaycan ordusunun Dağlıq Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazır olduğunu göstərir. Kazan prinsipləri və digər prinsiplər ətrafında münaqişə həll olunmasa, Azərbaycan ordusu müharibəyə hazırdır”.

Ramiz

Teqlər:

OXŞAR XƏBƏRLƏR

SON XƏBƏRLƏR