Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 14:46 10 Yanvar 2021

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək

Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq.

ONA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.

Görüşdə hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş rayonların əhalisinə yardım, blokadanın qaldırılması və iqtisadi-ticari və nəqliyyat əlaqələrinin inkişafı da diqqət mərkəzində olacaq.

Eyni zamanda V. Putinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə təkbətək görüşləri nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR