Səfir: “Türkiyə Prezidentinin BMT-də Dağlıq Qarabağdan danışması qardaşlıq nümunəsidir”
  • DAĞLIQ QARABAĞ

  • 13:58 26 Sentyabr 2019

Səfir: “Türkiyə Prezidentinin BMT-də Dağlıq Qarabağdan danışması qardaşlıq nümunəsidir”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 74-cü sessiyasında Dağlıq Qarabağ münaqişəsindən danışması Türkiyə və Azərbaycan arasında qardaşlığın nümunəsidir”.

Bunu APA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Türkiyə Cümhuriyyəti, Türkiyə Prezidenti Azərbaycanı özündən ayırmır: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün də, bizim üçün böyük bir problemdir. Dağlıq Qarabağ münaqişəsi ürəyimizdə yaradır. Prezidentimiz də bunu bir daha açıq şəkildə dünyaya elan etdi”.

Türkiyə səfiri qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərir: “Bir milyondan çox qaçqın və məcburi köçkün olan qardaşlarımıza qarşı böyük ədalətsizlik baş verib. Birləşmiş Millətlər Təşkilatının, beynəlxalq qurumların qəbul etdiyi qərarlara baxmayaraq, Azərbaycanın 20 faiz torpaqlarının hələ də işğal altında olması dünya üçün utancverici haldır və Prezidentimiz də BMT-də bunu dilə gətirib”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib ki, BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır: O qeyd edib ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir. 

OXŞAR XƏBƏRLƏR