Səfirlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməkdə qətiyyətli olaraq qalır
  • DAĞLIQ QARABAĞ

  • 10:40 31 Yanvar 2020

Səfirlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməkdə qətiyyətli olaraq qalır

"ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Ermənistan və Azərbaycanın Xarici İşlər nazirləri ilə görüşüblər. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün qətiyyətli olaraq qalır".

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində bildirilib.

Qeyd edək ki, yanvarın 29-30-da Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü olub.

  

ONA

Teqlər: ABŞ səfiri

OXŞAR XƏBƏRLƏR