Şəkidə ahıl piyadanı yük maşını vurub, vəziyyəti ağırdı
  • DAĞLIQ QARABAĞ

  • 08:04 01 Oktyabr 2019

Şəkidə ahıl piyadanı yük maşını vurub, vəziyyəti ağırdı

 

Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş veib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 06 radələrində
rayonun Şəki-Qoxmuq avtomobil yolunda qeydə alınıb. 

Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Dəmir Məhəmməd oğlu Musalovu yolu keçərkən kiçiktutumlu yük maşını vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan D. Musalov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, Reanimasiya şöbəsinə yerləşdirilən D.Musalova qapalı kəllə-beyin travması dioqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
 

Xeybər Heydərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR