• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    19:07 8 aprel 2019

Səməd Seyidov: “Nazirlər Komitəsi Ermənistanın İnsan Haqları Konvensiyasına riayət etməsi üçün nə edir?”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycanın nümayəndə heyətinin sədri Səməd Seyidov Finlandiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Timo Soiniyə sual ünvanlayıb.

ONA-nın Qərbi Avropa bürosunun xəbərinə görə, sual belə olub: “2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Laçın bölgəsindən qeyri-qanuni şəkildə didərgin düşmüş mülki şəxslər haqqında mühüm bir qərar verdi. Bununla da ermənilərin davamlı şəkildə bunu inkar etməsinə bir son vermiş oldu. Nazirlər Komitəsi Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi və İnsan Haqları Konvensiyasına riayət etməsi üçün nələr edir?”

“Bu haqda çox dəqiq bir məlumatım yoxdur, ancaq onu deyə bilirəm ki, prinsipcə qeyd etdiyiniz məsələlər Nazirlər Komitəsində olmalı və nəzarət proseduru tətbiq edilməlidir”, - deyə Timo Soini bildirib.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə üzrə 16 iyun 2015-ci ildə qərar qəbul edib. Qərara əsasən, Ermənistan iş üzrə cavabdeh kimi tanınıb.

Aytən Abbaslı

Aytən

Teqlər:

SON XƏBƏRLƏR