Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 22 nəfər həlak olub
  • DAĞLIQ QARABAĞ

  • 10:29 04 Oktyabr 2020

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 22 nəfər həlak olub

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, 27.09.2020-ci il tarixdən - hazıradək (04.10.2020-ci il saat 10:00)  həlak olmuş şəxslərin sayı 22 nəfər, yaralanmış şəxslərin sayı 74 nəfər, ziyan dəymiş mülki obyektlərin sayı 49 ədəd, ziyan dəymiş yaşayış evlərinin sayı 248 ədəd olub. 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR