• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:31 28 fevral 2019

Səyavuş Heydərov: "Xocalı faciəsini törətmiş Ermənistanla müsəlman ölkəsinin dostluğu İslama ziddir"

“Bu gün Qərb dövlətlərinin islamofobiya siyasəti məqsədlidir”.

ONA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, islamofobiya siyasəti yürüdən ölkələr zəif və idarəolunan Azərbaycan istəyirlər: “İstəyirlər ki, Azərbaycanda məskunlaşıb Rusiyaya qarşı işləsinlər. Təbii ki, biz buna imkan verə bilmərik. Bizim milli maraqlar onları qane etmir və nəticədə təzyiq göstərirlər. Maraqlar toqquşduğu üçün əvvəllər Azərbaycana siyasi müstəvidə, indi isə dini müstəvidə təzyiqlər var”.

S.Heydərov Azərbaycana qarşı təzyiq prosesinə dəstək verənlər arasında bəzi müsəlman ölkələrinin də olduğunu vurğulayıb: “Necə ola bilər ki, Xocalı kimi faciə törətmiş Ermənistanla müsəlman ölkəsi dostluq etsin? Bu, İslama ziddir. Bu gün müsəlman dünyası üçün ən böyük töhfəni Azərbaycan verir, ikinci belə bir dövlət yoxdur. Əksər müsəlman ölkələri Azərbaycana dəstək verir, bir neçə müsəlman ölkəsi Azərbaycana qarşı laqeyddirlər və bizə düşmən olanlara dəstək verirlər. Necə müsəlman ölkəsi olasan ki, özünü müsəlman dünyasının beşiyi yanaşan, amma eyni zamanda müsəlman dünyasını parçalayasan, məzhəbçilik yayasan, müsəlman dünyasına divan tutmuş ölkəyə dəstək verəsən?”

Aytən

Teqlər:

SON XƏBƏRLƏR