• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    02:19 3 noyabr 2020

Son sutka ərzində cəbhəyanı bölgələrdə minaların zərərsizləşdirilməsi əməliyyatları davam etdirilib - FOTO

2020-ci il 02 Noyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 31 (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, daxil olmuş 32 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Qaraxanlı, Hacılar, Muğanlı, Avşar kəndləri, Ağdam rayonunun Sarıcalı, Bərdə şəhərinin Nizami, R.Rza küçələri, Füzuli rayonunun Şükürbəyli kəndi, 2-ci və 5-ci Zobcuq qəsəbələri, Goranboy rayonunun Qızılhacılı, Aşağı Ağcakənd kəndləri, Tərtər rayonunun Düyərli, Borsunlu, Qaynaq, Qazyan, Yuxarı Sarıcalı kəndləri, N.Nərimanov, Ş.Həsənov, E.Səfərov və Bağırov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 122 mm-lik raket, 1 ədəd raketin hissəsi, 22 ədəd bombacıq və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

2020-ci il 02 Noyabr tarixində Agentliyin əməkdaşı Zeynalov Telman Bəbir oğlu Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minaya (PMN-Э) düşüb. Partlayış nəticəsində sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR