• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    22:57 18 dekabr 2020

Şuşa ətrafında rusiyalı sülhməramlı zabit minaya düşərək ölüb

Rusiya sülhməramlılarının zabiti Dağlıq Qarabağda, Şuşa ətrafında minaların təmizlənməsi zamanı ölüb.

APA xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

“17 dekabr tarixində Şuşa yaşayış məntəqəsi bölgəsində yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Beynəlxalq Minalar Əleyhinə Mərkəzin minalardan təmizləmə qrupunun bir zabiti ağır yaralanıb”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, “hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, ancaq hospitala aparılan zaman nəqliyyat vasitəsində ölüb”.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR