Şuşada ilk çörək və şirniyyat sexi fəaliyyətə başlayıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 22:29 19 Dekabr 2020

Şuşada ilk çörək və şirniyyat sexi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən APA-ya verilən məlumata görə, istehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir. 

İstehsal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün istehsal sahəsinə dövlət dəstəyi göstərilib.

Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal edilir. 

Hazırda müəssisədə 6 nəfər işçi çalışır. Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaqdır. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR