• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:05 28 sentyabr 2020

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib - VİDEO

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.
Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR