Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək
  • DAĞLIQ QARABAĞ

  • 19:14 12 Dekabr 2020

Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək

Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək.

ONA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü zamanı açıqlayıb.

Dövlət başçısı deyib ki, artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik: “Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR