Türkiyə XİN rəhbəri: "Memorandumda açıq göstərilib ki, Qarabağda müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 12:42 17 Dekabr 2020

Türkiyə XİN rəhbəri: "Memorandumda açıq göstərilib ki, Qarabağda müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq”

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya monitorinq mərkəzi Ağdamda yerləşəcək”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, müşahidə nöqtələri Dağlıq Qarabağa çox yaxın yerlərdə olacaq.

“Bizim Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”, - deyə Türkiyə XİN başçısı qeyd edib.  

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR