Türkiyənin müdafiə naziri: "Dağlıq Qarabağda atəşkəsə büyük ölçüdə riayət edilir"
  • DAĞLIQ QARABAĞ

  • 11:01 18 Dekabr 2020

Türkiyənin müdafiə naziri: "Dağlıq Qarabağda atəşkəsə büyük ölçüdə riayət edilir"

Qarabağda müharibədən sonra atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi ilə bağlı inşaat işləri aparılır.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

Generalın rəhbərliyi altında digər personalın hazır vəziyyətdə olduğunu bildirən türkiyəli nazir vurğulayıb ki, Türkiyədən Azərbaycana istehkamçılar göndərilib: “Onlar orada həm təlim keçirlər, həm də mina axtarma əməliyyatları aparacaqlar”.

H. Akar qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə büyük ölçüdə riayət edilir: Ruslar bu məsələdə diqqətlidirlər. Prosesləri nəzarətdə saxlayırıq”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR