Vaqif Dərgahlı: "Hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfindədir"
  • DAĞLIQ QARABAĞ

  • 00:24 06 Oktyabr 2020

Vaqif Dərgahlı: "Hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfindədir"

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir:

"İşğal altında olan torpaqlarımız azad olunur. Bu danılmaz bir faktdır.

Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir. Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlardan dərhal çıxmasıdır".

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR