Vaşinqtonda Vətən müharibəsi şəhidləri anılıb - [color=red]FOTO[/color]
  • DAĞLIQ QARABAĞ

  • 03:52 05 Dekabr 2020

Vaşinqtonda Vətən müharibəsi şəhidləri anılıb - FOTO

4 dekabr tarixində Vaşinqton vaxtı ilə saat 12:00-da Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində Ermənistan işğalı altında olan ərazilərimizin azad olunması zamanı həlak olan şəhidlərimizin anım mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib.

"Ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə öz həyatlarını qurban vermiş qəhrəman zabit, gizir və əsgərlərimiz, habelə soydaşlarımızın xatirəsinin daim yüksək fəxarətlə yad edilməsinin, onların ailələrinə dəstəyimizin əsirgənməməsinin vacibliyi səfir Elin Süleymanov tərəfindən vurğulanıb. Səfir şəhidlərimizin vətən uğrunda canlarını fəda etməklə Azərbaycanın şanlı səhifəsinə öz qanları ilə tarix yazdıqlarını, bugün hər birimizin onlara borclu olduğumuzu diqqətə çatdırıb. Torpaqlarımızın işğaldan azad olunmasından sonra, daha fəal şəkildə Azərbaycan həqiqətlərinin və ölkəmizin haqq səsinin ABŞ ictimai-siyasi dairələri arasında təbliğ olunmasının, bölgəmizin inkişafı naminə səylərin daha da genişləndirilməsinin vacib olduğu bildirilib", - məlumatda belə deyilir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR