Vyanada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib - [color=red]YENİLƏNİB[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 02:46 29 Mart 2019

Vyanada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB

Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb.

ONA-nın məlumatına görə, görüş zamanı Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.

23:29

***

Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü keçirilir.

ONA-nın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan özünün "twitter" səhifəsində yazıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin çəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edirlər.

Görüş Azərbaycan və Ermənistan rəhbərlərinin sabah Vyanada keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş olacaq.

OXŞAR XƏBƏRLƏR