• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:35 6 aprel 2019

Xaçmazda aprel döyüşlərində şəhid olan hərbçilərin anım mərasimi keçirilib

Xaçmazda aprel döyüşlərində şəhid olan hərbçilərin anım mərasimi keçirilib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, Köhnə Xaçmaz kəndində aprel döyüşləri zamanı həlak olmuş şəhidlər Elvin Mirzəyev və Elvin Qayıbov anılıb. Mərasimdə kənd sakinləri, müəllimlər, şəhidlərin valideynləri, qazilər və şagirdlər iştirak ediblər. Anım tədbiri 2016-cı il aprel döyüşlərində şəhid olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə məktəblilər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndiriblər.

Daha sonra şəhidlərin həyatından bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, hər iki şəhid Prezident İlham Əliyevin sərəncamı ilə göstərdiyi qəhrəmanlığa görə ölümlərindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR