Xarici diplomatlar Ağdamda ermənilər tərəfindən dağıdılmış “İmarət” kompleksinə baş çəkib - [color=red]YENİLƏNİB[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 14:00 13 İyun 2021

Xarici diplomatlar Ağdamda ermənilər tərəfindən dağıdılmış “İmarət” kompleksinə baş çəkib - YENİLƏNİB

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşələr, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar.

APA-nın Qarabağ bürosunun məlumatına görə, diplomatlar kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və məşhur fotoqraf Reza Deqqəti diplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib.

***

saat 13.19

Bakı və Ankarada akkreditə olunmuş xarici diplomatların Ağdama səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edəcək.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR