Xarici işlər nazirlərinin görüşü həmsədr ölkələrdən birinin paytaxtında keçiriləcək
  • DAĞLIQ QARABAĞ

  • 13:38 04 Aprel 2019

Xarici işlər nazirlərinin görüşü həmsədr ölkələrdən birinin paytaxtında keçiriləcək

Azərbaycan Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü yaxın vaxtlarda Minsk qrupu həmsədri ölkələrindən birinin paytaxtında keçiriləcək.

ONA-nın məlumatına görə, bu sözləri Brüsseldə xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, bununla bağlı ilkin razılaşma əldə olunub: “Biz indi bir qədər fasilə etməliyik. Azərbaycan və Ermənistan prezidentləri xarici işlər nazirlərinə işi davam etdirmək tapırığı veriblər. Çox tezliklə ikitərəfli görüş olacaq. Biz tarixi artıq razılaşdırmışıq. Ənənəyə uyğn olaraq bunu Bakı və İrəvan birgə bəyan edəcək. Lakin bu görüş həmsədr ölkələrdən birinin paytaxtında olacaq”.

Məlahət Nəcəfova

Teqlər: XİN Qarabağ həmsədrlər

OXŞAR XƏBƏRLƏR