• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:09 24 sentyabr 2019

XİN: Azərbaycan hərbçisini qətlə yetirənlər cəzalandırılacaq

”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı”.

ONA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. Məlumatda qeyd edilib ki, Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.

"Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Meyit Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə neytral ərazidən götürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR